Təzə dəb çıxıb. "İranı sevmirəm amma" deyib keçirlər afatafalığa.
5-03-2026, 09:18

Sevmirsənsə, nə danışırsan? İranda hər il 40 min insan ancaq hava zəhərlənməsindən ölür. Edam, həbs, narkotika, qaçaqmalçılıq, fahişəlik üzrə planetin top üçlüyündədir. Siz süni intelektlə ona-buna video düzəldirsiz, amma pedofiliya bu İranda qanunidir.
Sevmirsən, sadəcə ürəyindən aftafa olmaq keçir? İranın əlinə nüvə silahı keçsə, ilk hədəf Azərbaycandır. Klipləri, rəsmi şəxslərin hədələri, sərhəddə ordu toplayıb artislik etmələri yadından çıxıb? Hər ay tonlarla narkotik tutulur İrandan gələn. Gənclərimizi məhv edir, ailələri dağıdır. Ermənistana nəfəs verən İran olmasa, mübahisəmiz 30 il uzanmazdı, 2 ilə həll olardı.
Başqa tərəf də sünni müsəlmanlardı, guya ümmət tərəfdarıdırlar. Suriyada İran Əsədlə birgə 1 milyon müsəlmanı qırdı, unutdun? Şiə Husiləri Yəməndə qızışdırdı, 1 milyon da orda qırıldı. Elə bir İslam ölkəsi yoxdur ki, orda İranın mediası olmasın, fitnə ilə məşğuldur.
İŞİD-in yaranma səbəbi də elə İrandır. Səddam gedəndən sonra İrana bağlı qüvvələr İraqda sünniləri əzməyə başladı və İŞİD-ə böyümək, dəstəkçi toplamaq üçün kömək etdilər.
İran pis ölkədir, parçalanmalıdır. Kim parçalayacaq, dəyişəcək dəxli yoxdur. Planetin iki xərçəng şişi var Rusiya və İran. Balaca kəsilsin, böyüyə də vaxt gələcək.
Orxan Atabəy
TEREF

