İranda ola biləcək ən pis ssenari...

7-03-2026, 10:24           
İranda ola biləcək ən pis ssenari...
İranda ən pis ssenari bu ola bilər - Liberman

Gözləntimiz bu rejimin devrilməsidir.

Bunu İsrailin keçmiş müdafiə, xarici işlər və maliyyə naziri Aviqdor Liberman "Azadlıq" radiosunun hazırda Təl-Əvivdə olan jurnalisti Rey Förlonqa deyib.

O, müharibənin "çox yaxşı" getdiyini bildirib, amma əsas məsələnin yekun nəticəyə bağlı olduğunu vurğulayıb.

"Hər gün vəhşiliklər görürük. Etirazlar zamanı da vəhşilikləri gördük. Məncə, bu, azad dünya üçün ən böyük çağırışdır. Uzun illər izah etməyə çalışırdıq ki, bu, təkcə bizim problemimiz deyil, bütün dünyanın problemidir. Düşünürəm ki, bu gün bu, artıq hamıya çox aydındır", – Liberman söyləyib.

Jurnalistin mümkün rejim dəyişikliyindən sonra yarana biləcək xaos barədə sualına cavabında o, Liviya, İraq və Suriyada yaşanan böyük qarışıqlığı xatırladıb:

“Bütün alternativlər arasında ən pis variant İranda molla rejiminin hakimiyyətdə qalmasıdır. Məncə, daha yaxşı imkanlar var, çox uğurlu olmasalar belə. Ən pis ssenari onların hakimiyyətdə qalmasıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru