Sanksiya qorxusu: Netanyahudan ŞOK ADDIM

8-05-2026, 00:13           
Sanksiya qorxusu: Netanyahudan ŞOK ADDIM
İsrailin Baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin 6 may tarixində keçirilən iclasında İordan çayının qərb sahilindəki "A" və "B" zonalarında yeni yaşayış məskənlərinin salınmasına qəti etirazını bildirib. Baş nazir bu cür addımların İsrailin beynəlxalq nüfuzuna və iqtisadiyyatına ciddi zərbə vurduğunu vurğulayaraq, bu fəaliyyətlərə görə Avropa ölkələri tərəfindən tətbiq edilən sanksiyaların artdığını diqqətə çatdırıb. Netanyahu hökumət üzvlərinə müraciət edərək, "Biz yaşayış məskənlərini genişləndiririk, lakin buna "A" və "B" zonalarında nə ehtiyac var?" sualı ilə çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, iclas zamanı Mərkəzi Dairə komandanı Avi Blut Diaspor işləri üzrə nazir Amihay Şikli və deputat Limor Son Har-Melexin həmin ərazilərə səfərlərini əks etdirən fotoları təqdim edib. Komandan bildirib ki, bu cür yüksək rütbəli rəsmilərin həmin zonaları ziyarət etməsi qeyri-qanuni fəaliyyət göstərən gənclərə mənəvi dəstək vermək və onların hərəkətlərinə legitimlik qazandırmaq məqsədi daşıyır. Qeyd edək ki, 1995-ci ildə imzalanmış ikinci Oslo müqaviləsinə əsasən, İordan çayının qərb sahili inzibati və hərbi nəzarət baxımından üç əsas zonaya bölünüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru