"İranla müharibə bitmiş sayılmır"

11-05-2026, 11:24           
"İranla müharibə bitmiş sayılmır"
Netanyahu: Qəzzada döyüşlər iki aydan çox sürməyəcək

İsrail Baş naziri Benyamin Netanyahu yüksək səviyyədə zənginləşdirilmiş uran İran ərazisindən çıxarılmayana qədər İranla müharibənin bitmiş sayılmadığını bildirib.
Benyamin Netanyahu “CBS News”-a müsahibəsində deyib ki, İranın uran zənginləşdirmə obyektləri sökülməli və yüksək zənginləşdirilmiş uran ölkədən çıxarılmalıdır: “Biz artıq İranın nüvə imkanları, eləcə də digər ölkələrdəki proksi qüvvələr və raket istehsalı potensialınının böyük hissəsini zəiflətmişik. Amma bütün bunlar hələ də mövcuddur və görüləcək işlər qalır”.
İsrail Baş naziri İranın nüvə materialları ilə bağlı razılaşma əldə olunmayacağı halda nə baş verəcəyini açıqlamaqdan imtina edib: “Mən bununla bağlı vaxt cədvəli verməyəcəyəm, amma deyəcəyəm ki, bu, son dərəcə mühüm missiyadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru