Hindistandan Rusiyaya ağır zərbə: Görün nə etdilər…
12-05-2026, 15:24
Hindistan ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyanın LNG qazını almaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, bu qərar Yaxın Şərqdə gərginliyin artdığı və enerji bazarında çatışmazlıq yarandığı dövrdə qəbul olunub.
“Reuters” yazır ki, Hindistan enerji təminatı ilə sanksiya riskləri arasında balans saxlamağa çalışır. Məlumata görə, sanksiyaya məruz qalan LNG yüklərini gizlətmək neftdən daha çətindir.
ABŞ sanksiyaları altında olan Rusiyanın “Portovaya” zavodundan göndərilən LNG yükünün Hindistanda boşaldılmasına icazə verilməyib. “Kunpeng” tankeri isə hazırda Sinqapur yaxınlığında hərəkət edir.
Mənbələr bildirir ki, Hindistan yalnız sanksiyaya məruz qalmayan Rusiya qazını almağa hazırdır. Çin isə həm adi, həm də sanksiyalı Rusiya LNG qazının əsas alıcılarından biri olaraq qalır.