Zelenski müdafiə nazirinin istefasının əsas səbəbini şərh etdi...-"SkyNews"+VİDEO

Bu gün, 08:48           
Zelenski müdafiə nazirinin istefasının əsas səbəbini şərh etdi...-"SkyNews"+VİDEO
Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə naziri Mixaylo Fyodorovun istefasının əsas səbəbini şərh edib. Dövlət başçısının sözlərinə görə, onunla Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırski arasında uzun müddətdir ki, ünsiyyət çatışmazlığı olub. O, tərəflər arasında dialoqun olmamasının bir neçə ay davam etdiyini qeyd edib.

Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Zelenski bunu Britaniyanın "SkyNews" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Baş Komandanla Müdafiə Naziri arasında iş və dialoqda günlər və ya həftələr deyil, aylar davam edən bir problemim var idi. Ordu nazirliklə birlikdə işləsə, idarə olunmalı məsələlər var və onlar idarə oluna bilər", - deyə dövlət başçısı qeyd edib.

O, əlavə edib ki, "əvvəlcə bir tərəfi, sonra isə digər tərəfi dinləməyə vaxt yoxdur", çünki onun fikrincə, bu tərəflər "hər gün görüşməyə hazır deyillər - onlar hər saat görüşməlidirlər".

Zelenski bu fikri Ukrayna səmasının kifayət qədər sayda hava hücumundan müdafiə raket sistemləri olmadığı şəraitdə qorunması kontekstində bildirib.

Zelenskinin sözlərinə görə, hazırda ən ciddi problem Rusiyada potensial səfərbərlikdir, çünki Kiyev hesablayıb və başa düşür ki, Ukrayna oktyabr ayında Rusiyadan yarım milyondan çox yeni əsgərlə qarşılaşa bilər. Buna görə də Ukrayna Silahlı Qüvvələrinə insanların cəlb edilməsi üçün yeni tədbirlər və yeni bir yanaşma lazımdır.

"Bəlkə də çox tez deyil və əlbəttə ki, radikal deyil. Amma bu məsələnin həllini tapmaq üçün bu iki qurum [Ukrayna Silahlı Qüvvələri və Müdafiə Nazirliyi - red.] arasında birliyə ehtiyacım var", - deyə o, qeyd edib.

Xatırladılır ki, bundan əvvəl Fyodorovun Zelenskinin bütün təkliflərini rədd etdiyini bildirilib. Keçmiş nazir izah edib ki, Ukraynada yalnız üç vəzifə ona müharibənin gedişatına təsir göstərməyə imkan verir.

Daha sonra Fyodorovun hətta İtaliya müdafiə nazirinin müşaviri ola biləcəyindən bəhs edilib. Həmin məlumatlara görə, İtaliya müdafiə naziri Qvido Krozetto Fyodorovun Rusiyanın Ukraynaya qarşı müharibəsindəki texnoloji dönüş nöqtəsindəki rolunu qeyd edib və İtaliyada belə bir insanı görmək istədiyini bildirib.
Moderator.az onu da xatırladır ki, artıq 11-ci gündür Ukraynanın Kiyev başda olmaqla müxtəlif iri şəhərlərində müdafiə naziri M.Fyodorovin istefasıyla bağlı kütləvi etirazlar davam edir...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru