Xainləri unutmayaq..! Buast: “Edam kürsüsündə bircə satqınlara acımaq olmur”
Bu gün, 09:24

Danışmasan olmur. Danışsan da olmur. Çünki vətəni rüsvay etmək, bu əlavə istedad, ayrıca qabiliyyət, əlahiddə alçaqlıq və rəzillik tələb edir. Amma üzünə tüpürülən tablolar hamıya pis, nifrin görünmür, ona da sitayiş edənlər var.
Azərbaycan Cümhuriyyətini yıxanları bir daha tanıyaq. Bu gün onlardan biri, Qəzənfər Musabəyov 1888-ci ili iyulun 26-da Quba qəzasının Pirəbədil kəndində anadan olub.
Fotodakı şəkil Qəzənfər Musabəyovun Pirəbədil kəndində yerləşən ata evidir. təsəvvür edin ki, bu ev uçuq-sökük halda olsa da muzey olaraq fəaliyyət göstərir.

Bu gün Tarixin ironiyasına baxın: bir vaxt bu üçrəngli bayrağı yıxan şəxsin evinin başında həmin bizim bayraq ucalır...
Tələb edirəm: Çıxardın o bayarağı !!
Mən başqa söz tapa bilmirəm.
Q.Musabəyov deyirdi:1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik".
Bir sözlə Qəzənfər Musabəyov BALŞEVİKLƏR ERMƏNİ DAŞNAK dəstələriylə yanaşı BURJUAZİYA, MÜLKƏDAR, KƏNDXUDA, NEFTXUDA adıyla BAKI və AZƏRBAYCANDA müsəlman türk və digər müsəlman əhaliyə, icmalara qarşı KÜTLƏVİ SOYQIRIM QƏTİLAMLARIN iştirakçılarından və yönləndiricilərdən biridir desəm daha doğru olar.

Qeyd edim ki, Qəzənfər Musabəyov, bu gün MM-in arsız və həyasız deputatı Rasim Musabəyovun atasının dayısıdır.
Q.Musabəyov 1929–1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışmışdır, lakin bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş, bu şəxs məhz həmin rejim tərəfindən xalq düşməni elan edilmişdir.
Qəzənfər Musabəyov barəsində həqiqətlər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Burada onun üç cilddən ibarət istintaq materialları saxlanılır. Arxiv materilarından aydın olur ki, Q. Musabəyova qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş.
Bir vaxt kərpicxanada insanların qətlə yetirilməsində Q.Musabəyovun şəhadət barmağı daşnak bayrağı kimi gözümüzə girirdi. Qollamaq olmurdu, bu, tuğ, ələm də deyildi. Daha sonralar istintaqa verdiyi ifadələrlə Ağcaqum hadisələrinə görə də türkmənlərdən də Şaumyanın qisasını azərbaycanlılardan almışdı Q.Musabəyov!
Q.Musabəyov bütün ömrünü rusların taxt-tacına həsr etmişdi...
Q.Musabəyovun bacısının əri Həmid Sultanov (daxili işlər naziri) isə Gəncə üsyanını yatıranlardan olub və buna görə ordenlə mükafatlandırılıb. Üsyan zamanı Azərbaycan ziyalısı Firidun bəy Köçərlinin güllələnməsinə hökm verən şəxsdir.
1918-ci ildə Nuru Paşa Bakının bolşevik-daşnaklardan azad etməyə gələndə ona qarşı Q.Musabəyov da türklərə qarşı döyüşürdü. Q.musabəyov türkçülüyə, Türkiyə ordusuna qarşı Bakıda gizli dərnəklərin yaradıcılarından idi.
Hər şeyi boynuna aldırdılar və düz 49 yaşında doğum günündə öldürdülər.! İstintaq materiallarından məlum olur ki, O,M usaabəyov M.C.Bağırov haqqında da donos verib. Dadaş Bünyadzadə, Mirbəşir Qasımovu, r: Ukraynada – Lyubanin, Özbəkistanda – Feyzulla Xodayev, Türkmənistanda – Gülümbəyov, Tacikistanda – Rəhimbəyov və başqalarının da adlarını çəkir.
Bir neçə kəlmədə R.Musabəyov haqqında...Rasim Musabəyov, Qəzənfər Musabəyov-un nəvəsidir, Ayna Sultanova (qlz soyadı Musabəyova) -nın qardaşı nəvəsi, Həmid Sultanovun qaynı nəvəsidir.
Indi özünüz qiymət verin. Bu bir yana...O, bir dəfə Rusiya kanalında Türkiyə ordusunun Qarabağa gəlməsinin əleyhinə olduğunu bildirmişdi.. Guya bu, ermənilərin təhlükəsizliyinə, azərbaycanlılarla ermənilər arasında sülhün qorunmasına neqativ təsir göstərəcəkmiş...Sovet dövründə komsomolçu olub. Azərbaycanın Latviyadakı səfiri Tamerlan Qarayevin bacanağıdır. R.Musabəyov 1991-1992-ci illərdə prezident Ayaz Mütəllibovun müşaviri olub. 1992-1993-cü illərdə öz bacanağının - T.Qarayevin yanında Milli Məclisdə işə düzəlir. Doğru Yol Partiyasını yaradanlardan biridir. Musabəyov hakimiyyətə gələn bütün komandalarla işləməyi də bacarıb. Təbii ki, ən yöndəmsiz taktikalarla ilə ən sevimli adamlardan birinə çevrilmək əlavə fərasət tələb edir.
Amma adam mahiyyətcə dəyişmir ki, dəyişmir. Öz-özlüyündə burulur, burjuaçı olur, inqilabçı babasının “milli” varisinə çevrilir və ən nəhayət Heydər Əliyevi ağır şəkildə tənqidlərə başlayır. 15-16 oktyabr hadisələrindən sonra Müsavatdan kənarlaşaraq müsavatçı silahdaşlarını da topa tutur.
R.Musabəyov televiziyada dediyi bir söz var: “Şəraiti dəyişə bilmirsənsə, özün dəyiş...” O, bunu çox yaxşı bacardı.
Amma ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan parlementi ilə bağlı yeni qərar qəbul olunacaq. Parlemtent də, xalq da vidalaşmalıdır belə şəxslərlə. Xalqa minnət, hakimiyyətə töhmət gətirən belələrinin kimliyi “braşura” kimi yaddaşımızda olmalıdır. Musabəyovlar soyadı ilə bağlı dövlətin ən dərin qatlarında qərar verilməlidir. Onlara min il sonra da belələrinə meydan, vəzifə, tribuna vermək olmaz.
Deyirlər Bakıda Qəzənfər Musabəyovun adına küçə də var. Amma bu necə olur: Azərbaycanda Polad Həşimovun adına küçə varsa, Q.Musabəyovun adına küçənin heç yeri varmı?
Amma belə görünür ki, bugünkü Azərbaycanda var...
Baba Allahnəzərov

