Poroşenko: “Rusiya Ukraynada sülhməramlı missiyada iştirak edə bilməz”

26-09-2017, 08:54           
Poroşenko: “Rusiya Ukraynada sülhməramlı missiyada iştirak edə bilməz”
Rusiya Ukraynanın cənub-şərqində sülhməramlı missiyada iştirak edə bilməz.

APA-nın xəbərinə görə, bunu Ukrayna prezidenti Petro Poroşenko Kanadanın CBC telekanalına müsahibəsində bəyan edib.

“Bu mümkün deyil. Çünki Rusiya birbaşa münaqişə tərəfidir”, deyə P.Poroşenko bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva sülhməramlıları yalnız ATƏT müşahidəçilərinin mühafizəçisi qismində görür. “Əgər Rusiya BMT Təhlükəsizlik Şurasının qərarına veto qoysa, Ukrayna Beynəlxalq Məhkəməyə müraciət edəcək”, P.Poroşenko əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ATƏT müşahidəçilərinin təhlükəsizliyini təmin etmək üçün BMT sülhməramlılarının Ukraynada yerləşdirilməsini dəstəkləyib. Bununla belə rəsmi Moskva beynəlxalq qüvvələrin yalnız qoşunların təmas xəttində yerləşdirilməsini zəruri sayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru