Tramp: “Con Kennedinin qətli ilə bağlı bütün sənədlər dərc ediləcək”

28-10-2017, 09:39           
Tramp: “Con Kennedinin qətli ilə bağlı bütün sənədlər dərc ediləcək”
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı bütün sənədlər dərc ediləcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın hazırkı prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Ağ Ev aparatının başçısı Con Kelli, Mərkəzi Kəşfiyyat İdarəsi və digər qurumlarla aparacağım ciddi müzakirələrdən sonra Con Kennedinin qətli ilə bağlı bütün sənədlər dərc ediləcək. Bu, bütün sui-qəsd nəzəriyyələrinə son qoymaq məqsədi ilə ediləcək”, Tramp qeyd edib.

Bununla belə ABŞ prezidenti vurğulayıb ki, adları hallandırılan və hazırda sağ olan şəxslərlə bağlı sənədlər istisna təşkil edəcək.

Qeyd edək ki, oktyabrın 27-də Con Kennedinin 1963 ildə qətli ilə bağlı 3 minədək sənəd ilk dəfə olaraq dərc edilib. Əvvəllər məxfi olan 2891 yeni sənəd ABŞ Milli Arxivinin saytında dərc olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]