ABŞ üç ölkədən səfirini geri çağırdı

8-09-2018, 12:21           
ABŞ üç ölkədən səfirini geri çağırdı
Amerika Birləşmiş Ştatları Dominikan, Salvador və Panamadan səfirlərini geri çağırır.

Gazeta.ru-nun məlumatına görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bəyan edib.

Qeyd edilir ki, müvafiq addım bu ölkələrin Tayvanı tanımamaq qərarı ilə bağlıdır.

Məlumatda bildirilir ki, Amerika Birləşmiş Ştatları Mərkəzi Amerika və Karib dənizi regionunda güclü, müstəqil və demokratik institutları dəstəkləmək üçün ABŞ hökumətinin liderləri bu ölkələrin diplomatik nümayəndələri ilə görüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]