Salyanda "Qələbə çələngi"-nin altından keçənlərin biridə Arzu Rəhimovun işçisi çıxdı

9-12-2015, 12:02           
Salyanda "Qələbə çələngi"-nin altından keçənlərin biridə Arzu Rəhimovun işçisi çıxdı
Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi, mayor Tural Məmmədov çətin durumda

Məlum olduğu kimi, bir neçə gündür ki, sosial şəbəkələrdə, sayt və televiziyalarda Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun maraqlı fotosu yayılıb.

Həmin fotoda özünü orta əsr feodalları kimi aparan icra başçısı sağında və solunda qərarlaşan gənclərin başı üzərində tutduğu güllərin altından keçir. Xatırladaq ki, həmin foto böyük hiddətlə qarşılanmış və bununla bağlı artıq Tahir Kərimovun istefası belə tələb olunub. Bu arada isə fotoda icra başçısının arxasınca gələn digər məmurların da kimliyini öyrənə bilmişik.

Savash.org-un məlumatına görə, “gül tuneli”ndə icra başçısını müşaiyyət edənlərdən biri səfərbərlik və hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi, mayor Tural Məmmədovdur.

Hazırda əməkdaşlarımız Tural Məmmədovla bağlı redaksiyamıza daxil olmuş digər informasiyaları dəqiqləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru