“TİENS” Şirkəti insanları aldadır? - İDDİA
15-01-2026, 15:34

TİENS şirkəti ilə bağlı iddialar yayılıb. Bildirilir ki, şirkət işə düzəltmə adı altında vətəndaşları aldadır, internetdə real olmayan, formal vakansiyalar yerləşdirir.
Yayılan videolardan birində göstərilib ki, bir qrup insan iş müsahibəsi adı ilə TİENS-ə dəvət edilib, lakin sonradan onlara konkret iş təklifi verilməyib və aldadıldıqları məlum olub.
Görüntülərdə iştirak edən şəxslər qeyd ediblər ki, onlar bura “sadəcə gətirilib” və vəd olunan iş reallıqda mövcud olmayıb.
Ajans.az mövzu ilə bağlı sözügedən “TİENS” şirkəti ilə əlaqə saxlayıb.
Şirkət nümayəndəsi bildirib ki, məsələnin təhlükəsizlik şöbəsinə yönləndirildiyi və daha sonra əlaqə saxlanılacağı deyilib.
“TİENS” şirkəti işə düzəltmə şirkəti olmadığını qeyd edibl Amma bununla bərabər işə qəbula çağırdıqları şəxslərə niyə cavab vermədiklərini açıqlamayıblar.
Şirkətdən sorğumuzun təhlükəsizlik şöbəsinə yönləndirildiyini bildirsələr də, bizə cavab verilmədi.
Paylaşılan videoda şərh yazan izləyicilər şirkəti dələduzluqda, keyfiyyətsiz məhsul satmaqda, verilən sözə əməl etməməkdə ittiham ediblər.
TİENS-lə bağlı digər iddialarla əlaqədar araşdırmamız davam edir.





