Vens: "ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır"
Bu gün, 09:24
Vaşinqton İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılmasına hazırdır. Bunu ABŞ vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində deyib.
"Amerika pullarından bir dollar belə İrana getməyəcək. Amma iranlılar uzunmüddətli öhdəliklər götürsələr, biz sanksiyaların ciddi şəkildə yumşaldılmasına hazırıq”, - deyə Vens bildirib. (Apa.az)