ABŞ-də İrana inamsızlıq var: MKİ rəhbəri nədən şübhələnir?

Bu gün, 11:30           
ABŞ-də İrana inamsızlıq var: MKİ rəhbəri nədən şübhələnir?
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) aldığı məlumatlar Tehranın nüvə proqramı ilə bağlı razılaşmalara əməl etmək niyyətini şübhə altına alır.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Nəşrin mənbələrinə görə, MKİ rəhbəri Con Retkliff Prezident Donald Trampa və digər yüksəkvəzifəli rəsmilərə çatdırıb ki, kəşfiyyat agentliklərinin topladığı materiallar İranın istənilən yekun saziş çərçivəsində ABŞ-nin tələb etdiyi nüvə güzəştlərinə getməyə hazır olması ilə bağlı ciddi suallar yaradır. Məlumata əsasən, İran rəsmilərinin öz aralarında sazişi müzakirə etmə tərzi onların vasitəçilərə və ABŞ-yə dedikləri ilə üst-üstə düşmür. Mənbələrdən biri iddia edib ki, kəşfiyyat məlumatları İranın niyyətlərinin müqavilə şərtləri üzrə öhdəliklərinə uyğun olmadığını göstərir. Nəşrdə vurğulanır ki, Trampın komandasında şübhə ilə yanaşan yeganə şəxs Ratkliff deyil. Mənbələrin sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset daxili müzakirələr zamanı sazişlə bağlı narahatlıqlarını ifadə edərək suallar qaldırıblar. Portalın məlumatına görə, sazişi müdafiə edənlər arasında ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Ağ Ev rəhbərinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner yer alıblar.

Portal eyni zamanda bir amerikalı rəsmiyə istinadən qeyd edir ki, Birləşmiş Ştatlar qarşıdakı iki-üç həftə ərzində İranın razılaşmaları yerinə yetirmək məsələsində nə dərəcədə ciddi olduğuna dair yekun qənaətə gəlməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru