Rusları məğlub edib Qafqazdan çıxaran azərbaycanlı
Bu gün, 10:14

1651-ci ildə Şimali Qafqazda rus çarlığı ilə toqquşma baş vermişdi. Bu hadisələr tarixdə Səfəvi-Rusiya müharibəsi (1651-1653) kimi düşmüşdür. Belə ki, rus qoşunlarının Sulak çayı (o dövrki Göy Su) boyunca ekspansiyaya başlaması, bu ərazilərdə, xüsusən də Terek çayının Səfəvi dövlətinə aid olan sahilində qala tikməsi Səfəvi dövlətinin hiddətinə səbəb olmuşdu. Nəticədə bölgəyə Səfəvi qoşunları göndərildi və tikilən qala dağıdıldı, buradakı rus qarnizonu qovuldu. Bu toqquşmayla paralel şərq bölgələrdə də toqquşmalar baş verdi. Nəticədə rus qoşunları bölgədən geri çəkilməyə məcbur oldular.
Bu toqquşmaları həll etmək üçün Rusiya məcbur olub xüsusi nümayəndə heyəti göndərdi. II Şah Abbas rusların Şimali Qafqazın uzaq şərq hissələrində yerləşməsinə razı oldu. Rusiya isə Səfəvi sərhədinə yaxın ərazilərdə tikdiyi bütün qalalardan əl çəkməyə razı oldu. Bu müqavilə nəticəsində Şimali Qafqazda Səfəvilərin nüfuzu xeyli artdı.
Elmar Həsənli.
Şəkil : Səfəvi türk hökmdarı II Şah Abbas və Rus çarı Aleksey Mixoyloviç Romanov.
Azərbaycanlıların səhifəsi
TEREF

