Rusları məğlub edib Qafqazdan çıxaran Səfəvi hökmdarı II Şah Abbas.
Bu gün, 09:04
II Şah Abbasın dövründə 1651-ci ildə Şimali Qafqazda rus çarlığı ilə toqquşma baş verdi. Bu hadisələr tarixdə Səfəvi-Rusiya müharibəsi (1651-1653) kimi düşmüşdür. Beləki rus qoşunlarının Sulak çayı (o dövrki Göy Su) boyunca ekspansiyaya başlaması, bu ərazilərdə, xüsusən də Terek çayının Səfəvi dövlətinə aid olan sahilində qala tikməsi Səfəvi dövlətinin hiddətinə səbəb oldu. Bölgəyə Səfəvi qoşunları göndərildi və tikilən qala dağıdıldı, buradakı rus qarnizonu qovuldu. Bu toqquşmayla paralel daha şərq bölgələrdə də toqquşmalar baş verdi. Rus qoşunları bölgədən geri çəkilməyə məcbur oldular. Bu toqquşmaları həll etmək üçün Rusiya Şahzadə İvan Lobanov-Rostovski və İvan Kominin rəhbərliyi ilə nümayəndə heyəti göndərdi. II Şah Abbas rusların Şimali Qafqazın uzaq şərq hissələrində yerləşməsinə razı oldu. Rusiya, Səfəvi sərhədinə yaxın ərazilərdə tikdiyi bütün qalalardan əl çəkməyə razı oldu. Bu müqavilə nəticəsində Şimali Qafqazda Səfəvilərin nüfuzu xeyli artdı. Elmar Həsənli