Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...

Bu gün, 07:44           
Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
Moskvadan Naxçıvana uçan "Utair" təyyarəsinin sərnişini 11 min metr hündürlükdə təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib.

TEREF xəbər verir ki, bu barədə Rusiyanın "Baza" Teleqram kanalı məlumat yayıb.

"Xəzər dənizi üzərində uçuş zamanı sərnişinlərdən biri qəfildən təyyarənin xidmət qapısını açmağa başlayıb. Təyyarədə həyəcan siqnalı səslənib. Uçuş bələdçiləri qadını dayandıra biliblər.

Sonradan məlum olub ki, qadın tualeti axtarırmış, səhv qapıya yaxınlaşıb və az qala onu açırmış. Təyyarə təyinat yerinə çatmayıb, amma başqa səbəbə görə. Naxçıvan hava limanı pis hava şəraitinə görə bağlanıb, təyyarə Gəncəyə yönləndirilib", - məlumatda qeyd olunub./Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru