Təhsil müəssisəsinin mühafizə xidməti tender keçirilməmiş dəyişdirilib? - İDDİA

15-01-2026, 11:37           
Təhsil müəssisəsinin mühafizə xidməti tender keçirilməmiş dəyişdirilib? - İDDİA
Paytaxtda yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində qəribə vəziyyət yaranıb.


Belə ki, təhsil müəssisəsinin mühafizəsini təşkil edəcək şirkətin müəyyənləşdirilməsi üçün təxminən iki həftə sonra tenderin keçirilməsi planlaşdırılır. Lakin buna baxmayaraq, "Vətən-N Mühafizə Xidməti" müəssisədə fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində daha əvvəl fəaliyyət göstərən "Alov Mühafizə" MMC-nin əməkdaşları şikayətlərini Baku TV ilə bölüşüblər.

"Dekabrın 31-i bizim son iş günümüz oldu. Heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldıq. Sonradan gördük ki, yerimizə başqa bir şirkət gəlib və artıq mühafizə xidməti göstərir. Mənə maraqlıdır ki, tender keçirilmədən hər hansı bir şirkət orada necə fəaliyyət göstərə bilər?!" - deyə əməkdaşlardan biri bildirib.

Məsələdə adı hallanan "Vətən-N Mühafizə Xidməti"nin direktoru isə iddiaları təkzib edib. Onun sözlərinə görə, şirkət hələlik heç bir işçi qəbul etməyib:

"Elm və Təhsil Nazirliyi tərəfindən tender elan olunub. Tenderdə iştirak üçün sənədlərimizi təqdim etmişik. Hansı şirkət qalib gələcəksə, xidmət də ona həvalə olunacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]