Bakının icra hakimiyyətlərində struktur dəyişiklikləri - Yeni sektorlar yaradıldı

15-01-2026, 10:56           
Bakının icra hakimiyyətlərində struktur dəyişiklikləri - Yeni sektorlar yaradıldı
Bakı şəhərində olan icra hakimiyyətlərində bir sıra struktur dəyişikləri həyata keçirilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, edilən dəyişikliklərdən sonra icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektor adlandırılıb. Ləğv edilən şöbələrin müdir vəzifələri isə icra başçılarının müavinlərinə həvalə edilib. Bundan sonra icra başçısının müavinləri müavin vəzifəsi ilə bərabər şöbə müdiri vəzifəsini də həyata keçirəcəklər.

Ləğv edilən şöbələr bunlardır: ərazi-təşkilat məsələləri şöbəsi, ictimai-siyasi məsələlər şöbəsi, sosial-iqtisadi inkişafın təhlili şöbəsi, memarlıq və tikinti şöbəsi, rayon təsərrüfat məsələləri şöbəsi.

Bütün bu şöbələrin rəhbərlərin səlahiyyəti icra başçısının müavininə verilib. Həmin o şöbələrin tabeliyində isə sektor müdiri vəzifəsi təsis edilib. Həyata keçirilən struktur dəyişikliklərində sonra icra hakimiyyətlərində bir sıra kadr islahatları da aparılıb.

Bununla bağlı məlumatı icra hakimiyyətlərindən saytımıza təsdiq ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]