Yaşa görə pensiya 629 manat olacaq: Nazir artımları AÇIQLADI – VİDEO

15-01-2026, 12:50           
Yaşa görə pensiya 629 manat olacaq:
2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir.

Tribuna.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev “Az TV”də yayımlanan “Hədəf” verilişində məlumat verib.

Nazir bildirib ki, bu il pensiyaların təqribən 9 faiz artırılması, bunun üçün əlavə illik 636 mln manat vəsait ayrılması nəzərdə tutulur.

“1.1 milyon vətəndaşın pensiyasının indeksləşməsi gözlənilir. İndeksasiya mexanizmi Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçrilir. Komitə rəqəmləri elan etdikdən sonra məbləğin tam dəqiq şəkildə nə qədər indeksasiya olunacağı bilinəcək.” deyə nazir əlavə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]