BİR JURNALİST binasının "MÜQAVİLƏ" problemi

26-01-2026, 00:10           
BİR JURNALİST binasının "MÜQAVİLƏ" problemi
("Qısa qeydlər" silsiləsindən)
Dostlar, mən bizim binanın komendantını görəndə, hətta “komendant” sözü eşidəndə, dərhal yadıma “12 Stol” komediyası və onun məşhur komediantı Ostap Bender düçür. Maşallah, hər ikisinin başı kombinasiyalarla doludur…
I Juurnalist binasının komendantı da hər gün yeni kombinasiyalar fikirləşir. Gah lift kombinasiyası, gah su kombinasiyası, indi də müqavilə kombinasiyası. Lift kombinasiyası haqqında yazmışam (I JURNALİST binasının "LİFT" problemi), su kombinasiyası haqqında da bir-iki kəlmə deyim, keçim müqavilə kombinasiyasına.
Maraqlıdır, əvvəllər hər gün bizim liftin motoru xarab olurdu, indi suyun motoru xarab olur. Xanım komendant liftin motoru üçün 5-6 mim yığmaq istəyirdi, amma motor öz-özünə düzəldi. Suyun motoru isə düzəlmir və komendant sakinlərdən 17 min pul yığmaq niyyətindədir. Yeri gəlmişkən, mən İnternetdə axtarış vermişəm, babat su matorunun təzəsi 5-6 min manatdır, işlənmişini 3-4 minə də almaq olar. Deyirəm, su motoru bəy kostyumu deyil ki, təzə olsun, işlənmişini də almaq olar. Amma xanım komendant su motorunu birbaşa Yaponiyadan - “Subaru”dan, ya “Toyota”dan gətirmək və 17 min verrmək niyyətindədir…
Nə isə, keçək əsas məsələyə - MÜQAVİLƏYƏ…
1.Xanım komendant heç kimlə məsləhət, məşvərət etmədən “Müqavilə” hazırlayıb və sakinlərə imzalatmaq mərhələsindədir. Müqavilə təbii ki, imzalanmalıdır, amma xanım komendantın (binanın idarəçisi) yox, sakinlərin (mülkiyyətçi) maraqlarını nəzərə almalıdır. Amma bu müqavilədə idarəçinin 10-dan çox hüququ yazılır, mülkiyyətçinin isə, bir hüququ tanınır: pul ödəmək. Bəli, cənab President sanki Juurnalist binasını bizə yox, Sevil xanıma hədiyyə edib, biz də onun kirayəşinləriyik.
2.Hazırda bütün Bakıda binaların idarəçiləri ilə sakinləri arasında mübahisələr gündəmdədir və hətta Konstitusiya Məhkəməsinə kimi gedib çıxır. Konstitusiya Məhkəməsi 2025-ci ildə qərar verib ki, əgər müqavilədə qeyd olunmayıbsa, binanın idarəçisi mülkiyyətçinin kommunal xidmətlərini kəsə bilməz. Dostlar, diqqət edin, hazırda I Jurnalist binasında sakinlərə təqdim olunan müqavilədə (7.2) idarəçinin mülkiyyətçinin kommunal xidmətlərini, yəni işığını, suyunu kəsmək hüququ təsbit olunur. Təsəvvür edirsinizmi, sanki biz ev yiyəsi deyilik, xanım komendantın kirayəşinləriyik. Buna qətiyyən yol vermək olmaz, mülkiyyətçi kommunal xidmətlərin haqqını hökumət qurumlarına ödəyir və bunların idarəçiyə heç bir aidiyyəti yoxdur.
3.Məlum olduğu kimi, Azərbaycanda ən acgöz və qəddar qurumlar özəl banklar və AsanPaydır. Amma bu qurumlar da ödəmə gecikəndə dəbbəni aylıq təyin edir. Bizə təqdim olunan müqavilədə isə, ödəmə gecikəndə gündılik dəbbə (3.2) təyin olunur, idarəçi sanki mülkiyyətçilərə “şotçik” qoşur, onalrı ömürlük özünə borclu salmaq istəyir. Yeri gəlmişkən, gündəlik dəbbə yalnız cinayət aləmində, “vor zakonlar” tərəfindən tətbiq olunur.
4. Təqdim olunan müqavilədə idarəçinin aylıq rüsumları (indi 25-30 manat arasındadır) istədiyi vaxt və istədiyi qədər artırmaq hüququ təsbit olunur. İdarəçi, yəni xanım komendant Tarif Şurasının qərarlarından, infilyasiyadan və hətta devalvasiyadan asılı olatraq (4.4), aylıq rüsumları lazım bildiyi qədər (konkret rəqəmlər müqavilədə qeyd olunmur) artıra bilər. Yeri gəlmişkən, müqavilədə qeyd olunur ki, mülkiyyətçi mənzilində yaşayıb-yaşamamasından asılı olmayaraq, aylıq rüsumları ödəməyə borcludur (4.😎. Hətta evində təmir edərsə, ya sayğaçı dəyişərsə, idarəçidən yazılı icazə (3.8 və 3.14) almalıdır.
5.Mövcud qanunvericiliyə görə, binanın qeyri-yaşayış sahələri - həyəti, zirzəmisi və s. sakinlərindir, onların ümumi mülkiyyətidir. Təqdim olunan müqavilədə isə, göstərilir ki, idarəçi qeyri-yaşayış sahələrini, mülkiyyətçilərlə razılaşdırmadan istədiyi vaxt və istədiyi şəxsə icarəyə (2.2.6) verə bilər və pulunu istədiyi yerə (konkret göstərilmir) xərcləyə bilər. Bu, qeyri-qanunidir və mülkiyyətçinin hüquqlqrının birbaşa pozulmasıdır…
Dostlar, mən bu siyahını uzada bilərəm, amma sizi yormaq istəmirəm. Müqaviləni özünüz oxuyarsız və qeyd olunan qanunsuzluqların çıxarılmasını tələb edərsiz. Əksa halda, xanım komendant faktiki olaraq, binanın sahibi olacaq, biz isə, onun kirayəşinlərinə çevriləcəyik. Təqdim olunan “müqavilə”nin məqsədi də budur…
Qalib ARİF
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]