Salyanda yol problemi: "Palçığın içində itib-batmışıq" (VİDEO)

26-01-2026, 12:24           
Salyanda yol problemi: "Palçığın içində itib-batmışıq" (VİDEO)
Salyan şəhərinin "Stansiya" adlanan yaşayış massivində yaşayan sakinlər illərdir yolsuzluq problemindən əziyyət çəkirlər.

Söhbət şəhərin 20 Yanvar küçəsindən gedir. Məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, təxminən üç il əvvəl ərazidə su-kanalizasiya xətti çəkilsə də, həmin vaxtdan sonra küçənin asfalt örtüyü bərpa olunmayıb.

Sakinlər bildirirlər ki, problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Lakin indiyədək müraciətlərinə konkret cavab verilməyib.

"Belə yol olar?! Buna baxın, görün nə gündəyik", - deyə sakinlərdən biri narazılığını bildirib.

Başqa bir sakin isə qeyd edib:

"Bir maşın gələndə digəri bir saat gözləyir ki, ona yol versin. Palçığın içində itib-batmışıq. Baxan da yoxdur, deyirlər ki, dərdini kimə istəyirsən de".

Məsələ ilə bağlı Salyan Şəhər Bələdiyyəsindən bildirilib ki, yaxın günlərdə sözügedən küçədə təmir işlərinə başlanacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]