Əhmədlidə yaşıllıq sahə dağıdılır? | Sakinlərin iddiasına qurumdan cavab necə oldu? - Baku TV

26-01-2026, 10:18           
Əhmədlidə yaşıllıq sahə dağıdılır? | Sakinlərin iddiasına qurumdan cavab necə oldu? - Baku TV
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yaşıllığın məhv edildiyini və əraziyə daş döşəndiyini bildiriblər.

Onların sözlərinə görə, sözügedən ərazidə restoran tikintisi planlaşdırılır.

Məsələni araşdırmaq üçün Baku TV-nin çəkiliş qrupu qeyd olunan ünvanda olub.

“Çox istəyərdik ki, burada yaşıllıq olsun. Yəqin ki, ağacları kəsib, yerində hansısa obyekt, restoran tikəcəklər”, – sakinlərdən biri deyib.

Sözügedən ərazidəki işçilər isə şikayətlərin əsassız olduğunu, ağacların kəsilmədiyini, abadlaşdırma işlərinin aparıldığını bildiriblər.

Vətəndaşlar həmçinin iddia ediblər ki, bu ərazi də əvvəllər çəpərlənərək restorana çevrilən sahənin taleyini yaşayacaq və hasarlanaraq həmin obyektə birləşdiriləcək.

İddialarla bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, Sarayevo küçəsində ərazi abadlaşdırılıb, heç bir ağac kəsintisi olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]