Banklarda kredit faizləri artır-Video

26-01-2026, 08:36           
Banklarda kredit faizləri artır-Video
Banklarda kredit faizlərində artım müşahidə olunur.

Ötən il 11-17 faizlə kredit təklif edən banklarda indi faiz dərəcəsi meyarlardan asılı olaraq 18 faizdən başlayaraq təklif edilir.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit fazilərində müşahidə olunan artıma səbəb Mərkəzi Bankın apardığı sərt pul siyasətidir. Belə ki, banklar əhalidən pul cəlb etmək üçün əmanət faizlərini qaldırır. Bu da bank üçün pulun maya dəyərinin artması deməkdir. Bank isə baha aldığı vəsaiti daha baha satdığından kredit faziləri artır.

Xalid Kərimli bildirib ki, Mərkəzi Bank hələ də inflyasiya risklərini tam keçmiş hesab etmədiyi üçün faizləri aşağı salmağa tələsmir. Belə olan halda isə faizlərin enməsi gözlənilən deyil.

İqtisadçının fikrincə, 3 il əvvəl başlayan sərtləşdirmə tədbirlərinin real nəticələri indi tam hiss olunur. Bu isə pul-kredit siyasətinin iqtisadiyyata gecikmə ilə təsir etdiyini sübut edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]