Nepotizm, diskrinimasiya, yoxsa əlahəzrət Ədalətin unudulması?
26-01-2026, 11:39

SOCAR-da 2025-ci ilin əvvəlindən kütləvi ixtisarların ("optimallaşma", " təşkilatı sağlamlaşdırma" 50+,60+ yaşlarında işçilərə müxtəlif üsullarla işdənçıxma ərizəsi yazdırılması və s. ) aparılması nəticəsində çoxlu sayda insan işsiz qalmışdır. İxtisarlar əsasən fəhlə katoqoriyalarına tədbiq olunmuşdur .İxtisarlar vaxtı Baş ofisə, idarəetmə aparatlarına ,yüksək vəzifələrə( müşavirlər,müavinlər və s) isə işçi qəbulu davam etmişdir. Və yəqin ki,sonda SOCAR hesabatlarında ixtisar olunan işçilərin sayı , könüllü , öz ərizəsi ilə işdən çıxanların sayı ilə tənzimlənəcək . Və əvəzində yeni işçi qəbulunu göstərəcək.(ölkədə işsizliyin sayını azaltma).
Baxin,Azəriqaz İB -də aparılan ixtisarlar zamanı çoxlu sayda insan işsiz qaldı.80-a yaxın xadimə qadın ixtisar(verilən məlumata görə imtahan suallarına cavab verə bilməyiblər)olundu.Əvəzində isə yüksək vəzifələrə yeni işçilər qəbul olundu. Niyə?
Dekabr ayında 5 nəfər qadın vəzifəyə təyin olundu. 20 il isləmiş adam bir vakansiya müraciət edəndə cavab gəlir ki, sizin bu vakansiya üzrə əmək stajiniz uygun gelmədi .Bəs bu xanımların görəsən o sahədə təcrübəsi varmi ?
Mirvari Gahramanli
TEREF





