Yasamal İH köhnə qəbir yerlərini satır – İDDİA

26-01-2026, 16:16           
Yasamal İH köhnə qəbir yerlərini satır – İDDİA
Yasamal rayon İcra Hakimiyyəti köhnə qəbir yerlərinin satılmasında günahlandırılır.

Bizimesr.az xəbər verir ki, bu iddianı Yasamal rayon sakini Seymur Hacıyev sözügedən icra hakimiyyətinin rəsmi Feysbuk səhifəsində yazıb.
Belə ki, Yasamal İH yanvar ayında sakinlərlə keçirdiyi görüşlə bağlı paylaşım edib.

Bu paylaşıma gələn şərhlərin əksəriyyəti isə sakinlərin şikayəti olub. Şikayətçi Seymur Hacıyev iddia edib ki, Yasamalda köhnə qəbir yerləri gizli formada sayılır: “İnsanların qəbirlərini satırlar. Qohumları tapa bilmir. Xüsusilə baxımsız qəbirləri satırlar. Yasamal qəbirsanlığında reyster yox, sıra kitabı yox. Biabırçılıqdır”.

Ancaq sakinlərin şikayəti bununla bitmir. Bəzi sakinlər də icra başçısının sakinlərlə görüş vaxtlarının gizlədilməsindən şikayətlənib. Sevinc Əbilova bildirib ki, icra başçısının görüş vaxtlarını bilmirlər: “Səhifənizdə icra başçısının qəbul vaxtını paylaşın, Yasamal sakini olaraq biz də şikayətimizi çatdıraq”.

Bu iddia və şikayətlərlə bağlı Yasamal İcra Hakimiyyətinin mövqeyini öyrənmək istədik. Lakin zənglərimizə cavab verən olmadı. Yasamal İH-in mövqeyini işıqlandırmağa hazırıq. /Tribuna/















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]