Yasamal rayonunda daha bir qanunsuz ağackəsmə faktı

27-01-2026, 15:34           
Yasamal rayonunda daha bir qanunsuz ağackəsmə faktı
Yasamal rayonu, Şərifzadə küçəsi 283 A ünvanında qanunsuz ağac kəsimi hadisəsi ilə bağlı vətəndaşlar tərəfindən redaksiyamıza məlumat daxil olmuşdur.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Tribuna.az-ın sorğusuna cavab olaraq hadisə ilə bağlı verilən məlumatda bildirilib ki, Yasamal rayonu, Şərifzadə küçəsi 283 A ünvanında ağacın kəsilməsi ilə bağlı mediadan daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

“İdarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda 1 çinar ağacının kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.”

“Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etsinlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]