Mirzəyevlərin "Qardaşlar mebel"i vergi borcu ola-ola... TENDER UDUR...

27-01-2026, 10:06           
Mirzəyevlərin "Qardaşlar mebel"i vergi borcu ola-ola... TENDER UDUR...
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası PHŞ üçün tələb olunan bərk inventar mallarının satın alınması məqsədilə “Qardaşlar Mebel” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki,, müqavilənin dəyəri 9.806,74 manat təşkil edir.

32gun.az-ın əldə etdiyi məlumatlara əsasən, şirkətin dövlətə 15.326,73 manat vergi borcu mövcuddur. Şirkətin qanuni təmsilçisi və direktoru Hüseyn Mirzəyev Məmməd oğludur.

Şirkət Əli və Hüseyn Mirzəyev qardaşlarina məxsusdur.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanuna görə, vergi borcu olan şirkətlərin tenderlərdə iştirakı qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]