BAKIXANOV QƏSƏBƏSİNDƏ TƏHLÜKƏLİ SƏSSİZLİK-VİDEO

28-01-2026, 10:34           
BAKIXANOV QƏSƏBƏSİNDƏ TƏHLÜKƏLİ SƏSSİZLİK-VİDEO
Bakixanov qəsəbəsi, Rəhmanov küçəsinin sakinləri Mediatv.az-ın redaksiyasına müraciət edərək ciddi və təhlükəli bir problemdən narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, küçədə sahibsiz itlərin sayı sürətlə artıb və bu heyvanlar tez-tez insanlara, xüsusilə də uşaqlara və yaşlılara hücum edir.
Sakinlər deyirlər ki, artıq axşam saatlarında küçəyə çıxmaq qorxulu hala çevrilib. Uşaqlar məktəbə tək gedə bilmir, valideynlər isə hər gün övladlarının təhlükəsizliyi üçün narahatlıq keçirir. Hücum halları ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək ciddi və davamlı tədbir görülməyib.
Məsələnin ən narahatedici tərəfi isə icra strukturlarının bu problemə faktiki olaraq biganə qalmasıdır. Nə yerli icra nümayəndələrindən, nə də məsul kommunal və baytarlıq qurumlarından real reaksiya var. Sakinlər bildirir ki,eyni mənzərə ilə tez-tez təkrarlanır.
Sual yaranır: insanların həyat və sağlamlığına birbaşa təhlükə yaradan bu məsələ nə vaxtadək diqqətdən kənarda qalacaq? Hadisə baş verəndən, bir uşaq xəsarət alandan və ya daha ağır nəticə ortaya çıxandan sonramı tədbir görüləcək?
Bakixanov qəsəbəsi Bakının mərkəzinə yaxın ərazilərindən biridir və burada belə bir nəzarətsizlik qəbuledilməzdir. Sahibsiz heyvan problemi yalnız “gözəgörünməz” etmək yox, sistemli və humanist şəkildə həll olunmalıdır. Bu isə yalnız məsul qurumların susqunluğu dayandırıb konkret addımlar atması ilə mümkündür.
Redaksiyamız məsələni diqqətdə saxlayır və aidiyyəti icra strukturlarından Rəhmanov küçəsinin sakinlərinə aydın, rəsmi və əməli cavab gözləyir. İnsanların təhlükəsizliyi heç bir halda səssizliyin qurbanı olmamalıdır.
Mediatv.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]