“Azercell” 5 manatlıq paket üçün balansdan 12 manat çıxır

28-01-2026, 12:34           
“Azercell” 5 manatlıq paket üçün balansdan 12 manat çıxır
“Azercell” abunəçilərinin şikayıtləri və narazılıqları artmaüda davam edir.
TEREF Tribuna.az-a istinadən xəbər verir ki, abunəçilər “Azercell”in onları internet pakerlərinin qiymətində aldatdığını bildirir. Şikayətçi Rüstəm Yarıyev bildirib ki, ilk ayda 4.90 manata verilən paket üçün ikinci ay 12 çanat tələb edilir:
“”Azercell” yenə öz ampulasındadır.
Mənə keçən ay 4.90 AZN Digimax 5 Gb paketi təklif olundu, götürdüm. İndi yeniləmək istəyirəm, 12 AZN istəyir.
Bəlkə 7 dəfə çat açdım, xeyri olmadı. Operator da baxdı, baş açmadı.
Yaxşı ki, balans elə 5 azn idi. İndi mən fikir verməyib yeniləsəydim həmin paketi, 12 AZN çıxacaqdı balansdan.
Bu qədər olmaz da artıq. Hər şeyə susuruq millət olaraq, bunlar da bunun timsalında başımıza çıxır”.
Məsələ ilə bağlı “Azercell”in mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]