"Bloomberg": Treyderlər dolların kəskin ucuzlaşacağına rekord həddə mərc edirlər 28-01-2026, 08:08 ABŞ-də siyasi vəziyyətin qeyri-sabitliyi fonunda treyderlər dolların kəskin ucuzlaşacağına rekord həddə mərc edirlər.Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.Bildirilir ki, dolların zəifləməsi halında gəlir gətirən qısamüddətli opsionlar üzrə mükafat (premiya) 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.Vurğulanır ki, uzunmüddətli proqnozlar formalaşdıran investorlar da ABŞ valyutasına münasibətdə güclü skeptisizm nümayiş etdirirlər.Dollar indeksi ardıcıl dördüncü ticarət sessiyasında enir. Çərşənbə axşamı indeks 0,8% azalaraq 96,26 bəndə düşüb. Facebook-da paylaş