SEPAH-ı maliyyələşdirən İran bankirinin Avropadakı sərvəti ifşa edildi
28-01-2026, 11:16
İranın müflis olmuş “Ayənde” bankının təsisçisi Əli Ənsarinin Avropa ölkələrində təxminən 400 milyon ABŞ dolları dəyərində əmlaka sahib olduğu barədə məlumatlar açıqlanıb. Məlumata görə, SEPAH-ı maliyyələşdirməkdə ittiham olunan iranlı maliyyəçi Əli Ənsari aktivlərini ofşor (vergidən tamamilə azad olunmuş) şirkətlər vasitəsilə idarə edib. Araşdırmalar onun İspaniyanın Mayorka adasında qolf klubuna, Almaniyanın Frankfurt şəhərində isə bir neçə otelə sahib olduğunu göstərir. Qeyd olunur ki, sözügedən aktivlər uzun müddət mürəkkəb maliyyə sxemləri ilə gizlədilib və yalnız son araşdırmalar nəticəsində üzə çıxıb. (Deutsche Welle) Əli Ənsarinin adı SEPAH-a maliyyə dəstəyi verdiyinə görə Britaniyanın sanksiya siyahısına salınıb. Джавид Дамирли TEREF