Ölkədə bəzi informasiya mənbələrinin açıqlanması yalnız yazılı razılıqla mümkün olacaq

28-01-2026, 16:36           
Ölkədə bəzi informasiya mənbələrinin açıqlanması yalnız yazılı razılıqla mümkün olacaq
Bəzi informasiya mənbələrinin açıqlanması yalnız yazılı razılıqla mümkün olacaq.

Bununla bağlı Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək, "Media haqqında" qanuna dəyişiklik təklif edilir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı olmadan yayılmasına icazə verilmiyəcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən həmin şəxslərin qanuni nümayəndələrinin yazılı razılığı tələb olunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]