“Bazarstore”lə bağlı şikayət: endirimdə satılan məhsul kifli çıxıb VİDEO

30-01-2026, 09:34           
“Bazarstore”lə bağlı şikayət: endirimdə satılan məhsul kifli çıxıb  VİDEO
“Bazarstore” ilə bağlı şikayətlər artmaqda davam edir.

XALQ məlumatına görə, bu dəfə Media FM radiosunun aparıcısı, jurnalist Nərgiz Vəlizadə sözügedən market şəbəkəsində qarşılaşdığı problemlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Jurnalist “Bazarstore”dən aldığı “DARENKA” brendinə məxsus keksin kifləndiyini əks etdirən video yayımlayaraq məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etdiyini bildirib.

Nərgiz Vəlizadə paylaşımında qeyd edib ki, belə halların yaşanması yolverilməzdir və istehlakçılar xüsusilə endirimli məhsullar alarkən daha diqqətli olmalıdırlar:

“Ay ‘Bazarstore’, satdığın məhsullara bir bax. Bu, sadəcə biabırçılıqdır. Ona görə də məhsul alarkən endirimdə olan mallara üstünlük verməyin. Bir daha əmin oldum ki, endirimli məhsuldan keyfiyyət gözləmək sadəcə mənasızdır”, – deyə jurnalist bildirib.

Sözügedən görüntüləri təqdim edirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]