Afiq İsmayılovun rəhbəri olduğu Sumqayıtda 34 saylı məktəbdə pul yığılır? -Video

30-01-2026, 17:37           
Afiq İsmayılovun rəhbəri olduğu Sumqayıtda 34 saylı məktəbdə pul yığılır? -Video
Summativ qiymətləndirmənin keçirilməsi üçün şagirlərdən pul yığıldığı iddia olunur.

Bu iddiaya aid səs yazısını Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli məktəbin valideynləri “Xəzər Xəbər”in qaynar xəttinə göndəriblər.

Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyinin göstərişi ilə onlardan 5 manat summativ pulu tələb edilir. Pulu isə valideyn komitəsinin rəhbəri yığır.

Valideynlərin bəziləri bu ödənişləri verməyəcəklərini bildiriblər.

İddialarla bağlı adıçəkilən məktəbə yollandıq. Lakin məktəblilərin qış tətili olduğu üçün şagird və valideyn kollektivindən heç kəs yox idi.

İddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə “Xəzər Xəbər”ə bildirildi ki, məktəbin valideyn qrupuna aid olduğu iddia edilən səsyazısı ilə bağlı araşdırma aparılacaq. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]