“XAN GƏLİŞ” Lİ NAZİR.
31-01-2026, 00:11

Yanvarın 29-da Mingəçevir şəhərində fəaliyyət göstərən Milli Qəhrəman Natiq Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində xoşagəlməz hal yaşanıb.
Belə ki, məktəbin qarşısında Milli Qəhrəmanın ucaldılan büstünün açılışı üçün Mingəçevirə səfər edən Elm və Təhsil naziri Emin Əmrullayev mərasim iştirakçılarına-məktəbin pedaqoji kollektivinə, müharibə veteranlarına, şəhər sakinlərinə, şəhidin yaxınlarına hörmətsizlik edib.
Səbəb nazirin saat 10:00-a təyin edilən açılış mərasiminə düz 1 saat 31 dəqiqə gec gəlməsi olub. Bütün iştirakçılar kəskin soyuqla müşayiət olunan hava şəraitində ayaq üstdə qalıblar.
Xüsusilə xanımların soyuqdan tir-tir əsməsi diqqətdən yayınmayıb. Çünki sektor müdiri də daxil olmaqla qarşılama üçün hazır olan müəllimlər çətin vəziyyətlə üzləşiblər.
Yaranmış vəziyyət iştirakçılar arasında haqlı narazılıq yaradıb. Lakin onlar şəhidə hörmət olaraq nazirin "xan gəlişi"ni gözləyiblər.
Əgər bir nazir müəllimlərə, iştirakçı veteranlara və digər iştirakçılara bu cür hörmətsizlik edirsə, insanların sağlamlığını heçə sayırsa,biz bundan təhsilə, şagirdlərə, müəllimlərə hansı hörməti gözləyək?
Sima Babayeva
TEREF

