Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş

31-01-2026, 11:18           
Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Ecomedi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə sanitar gigiyena xidmətlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 5 608 948,07 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ecomedi” QSC 16 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 1965-ci məhəllə, bina 1-də yerləşir. QSC-nin qanuni təmsilçisi Mehdixanlı Cövdət Tofqi oğludur.
"Ecomedi” QSC dezinfeksiya və təmizlik xidməti sketorunda ən çox gəlir götürən şirkətlərdən biridir.
Şirkətin rəhbəri Cövdət Mehdixanlı keçmiş məmurdur. O, vaxtilə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin şöbə müdiri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədir Qoşqar Təhməzlinin müşaviri vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]