Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? VİDEO

1-02-2026, 09:58           
Sürücülərin "qaranlıq imtahanı":
Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində uzun müddətdir davam edən işıqlandırma problemi sürücülər və sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

"Xəzər TV" xəbər verir ki, Qaracallı, Alpi, Quləbənd, Qaradağlı, Qaziqumlaq və digər kəndlərin ərazisindən keçən magistralda işıq dirəkləri mövcud olsa da, onların əksəriyyəti işlək deyil. Nəticədə yol gecə saatlarında tam qaranlıq olur.


Sürücülər bildirirlər ki, xüsusilə qış aylarında, dumanlı və yağışlı havalarda vəziyyət daha da təhlükəlidir. Yolun nə asfalt örtüyü, nə də xətləri görünür.

Sakinlərin sözlərinə görə, problem illərdir davam edir. Əvvəllər yol işıqlandırılsa da, sonradan işıqlar tamamilə söndürülüb. Eyni magistral yolun digər rayonlardan keçən hissələrində işıqlandırmanın işlək vəziyyətdə olması, Ucar ərazisində isə yanmaması sual doğurur.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən təsdiqləyiblər ki, yolun bəzi hissələrində bu vəziyyət müşahidə olunur. Problemin aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb və maliyyə vəsaiti ayrıldıqdan sonra işıqlandırma sistemi bərpa ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru