Sabunçuda küçələr su altında - İnsanlar boruların üstü ilə gedir

Bu gün, 00:06           
Sabunçuda küçələr su altında - İnsanlar boruların üstü ilə gedir
Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yolları su basıb.

Sakinlər Musavat.com-a müraciət edərək yaranmış vəziyyətdən narazılıqlarını bildiriblər.

Onların sözlərinə görə, ərazidən keçən su borularında sızma yaranıb və borulardan axan su küçəyə tökülür.

“Artıq neçə müddətdir ki, insanlar suyun içi ilə hərəkət edir. Cavanlar boruların üzərinə çıxıb yolu keçə bilirlər. Yaşlılar və qadınlar borunun üzərinə necə çıxsın? Hər gün dizimiz yarıya kimi suya batır”, - sakinlər deyirlər.

Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin onların problemin həllinə maraq göstərmədiklərini bildirirlər:

“Deyirlər ki, bizlik deyil. Digər aidiyyəti qurumlar da səsimizə səs vermir. Gəlib yolun suyunu təmizləmək istəmirlər. Kanalizasiya xətti yoxdur deyə küçəyə tökülən su heç yerə dağılmır”.

Sakinlərin sözlərinə görə, vəziyyət gündəlik həyatlarını ciddi şəkildə çətinləşdirir və onlar məsul qurumlardan tədbir görmələrini tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]