Xəbər verdiyimiz kimi Nizami rayonunda qanunsuz tikinti işləri aparılıb VİDEO

4-02-2026, 15:08           
Xəbər verdiyimiz kimi Nizami rayonunda  qanunsuz tikinti işləri aparılıb VİDEO
Bizimesr.az bildirir ki, Nizami rayonu Məhəmməd Şərifli küçəsində ərazi dəmir hasara alınaraq qanunsuz inça işləri aparılıb. İddia olunur ki, tikinit işlərinə yüksək vəzifəli məmur himayədarlıq edir. Lakin həmin obyekti ona yaxın şəxs tərəfindən işlədildildiyi bildirilir. Məsələnin araşdırması ilə bağlı qurumlara sorğu göndərilib. Verilən məlumatalara görə ərazidə həmişə yaşıl ağacların kəsilməsidə iddia olunur. Həmçinin tikinti aparılan ərazidə irigövdəli yaşıl ağac inşa olunmuş obyektin içinə salınıb. Bu isə hüquq-mühafizə orqanlarının araşdırması səlahiyyətindədir.

Dövlət Şəhərsalma və Arxektura Komitəsinə sorğu göndərilib.

Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik!

Qeyd edək ki, 2022-ci ildən Nizami rayonu İcra Hakimiyyətinin başçısı Çoşqun Cəbrayılovdur.

***

Nizami rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin baş məsləhətçi (əhali ilə görüşlərin təşkilatçısı)

Cavid Qafarov bildirib ki, sözügedən ərazidə tikilən obyektin tikintisinə rayon icra hakimiyyətinin başçısı Çoşqun Cəbrayılov icazə verib, obyektin sənədləri qaydasındadır. "Bəs ağaclar obyektin içinə niyə salınıb" sualına da aqressiv cavab verən C.Qafarov bunun da qanuni olduğunu bildirib: "Biz icazə vermişik!".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]