279 saylı məktəbdə nə baş verir? -

5-02-2026, 15:18           
279 saylı məktəbdə nə baş verir? -
Məktəb direktorunun müəllimlərdən və şagirdlərdən qanunsuz şəkildə pul topladığı iddia olunur.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddia ilə 279 saylı tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Aytəkin Allahverənzadə çıxış edib.

Onun sözlərinə görə, məktəbin direktoru Südabə Allahverdiyeva hər ay məktəbin ehtiyacları adı altında pedaqoji heyətdən və şagirdlərdən əsassız şəkildə pul tələb edir.

Aytəkin Allahverənzadə iddia edib ki, məktəbin bütün xərcləri müəllimlərin şəxsi vəsaiti hesabına qarşılanır.

Müəllimin sözlərinə görə, direktor onunla şəxsi-qərəzli münasibətə görə adına açılmış dərnəyi də bağlayıb. Bundan əlavə, dərslərinə əsassız və saxta yoxlamalar göndərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru