Sürücüsüz sistemlər hazırlayan şirkət 100 milyon dollar topladı
24-03-2026, 17:44
Şirkət avtonom (sürücüsüz) sistemlər hazırlayan "QCraft" 100 milyon dollar investisiya cəlb edib.
Valyuta.az xəbər verir ki, vəsait şirkətin D seriyası investisiya turu çərçivəsində toplanıb.
Şirkət bildirir ki, bu investisiya avtonom və süni intellekt texnologiyalarının inkişafına, eləcə də yeni işçilərin cəlbinə yönəldiləcək.
2019-cu ildə təsis edilən QCraft-ın sistemləri artıq 1 milyondan çox avtomobildə istifadə olunur və şirkət 2026-cı ildə bu texnologiyanı 50-dən çox modeldə tətbiq etməyi planlaşdırır.