Azkvadratlı mənzillərə tələbat ARTIB - Səbəb nədir? - VİDEO

27-03-2026, 12:38           
Azkvadratlı mənzillərə tələbat ARTIB - Səbəb nədir? - VİDEO
Mənzillərin bahalaşması fonunda alıcıların diqqəti daha çox azkvadratlı evlərə yönəlib.

Xəzər TV xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, bu tip mənzillər, xüsusilə, investisiya məqsədilə alınır. Yəni belə evləri şəxsi istifadə üçün alanların sayı azdır.


Ekspert bildirir ki, azkvadratlı mənzillərə tələbatın artmasının səbəblərindən biri də istismar müddətini başa vuran binaların sürətlə sökülməsidir. Belə ki, bəzi sakinlər mərkəzi ərazilərdən uzaqlaşmaq istəmirlər.

Mütəxəssis əlavə edib ki, qiymət artımı davam edərsə, yaxın dövrdə kiçik sahəli mənzillərə maraq daha da yüksələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru