Yeni sədrdən arvadının qardaşına ETİMAD... - Saleh müəllimə şükür...

5-04-2026, 15:30           
Yeni sədrdən arvadının qardaşına ETİMAD... - Saleh müəllimə şükür...
Mahmud Məmməd oğlu Məmmədəliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.

TEREF Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub.
Qeyd edək ki, müşavir təyin edilən M.Məmmədəliyev Vüsal Nəsirlinin qaynıdır.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, Vüsal Nəsirli təxminən 2 ay əvvəl - 6 fevral 2026-cı ildə AAYDA-nın rəhbəri təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru