Azərbaycanda dollar UCUZLAŞDI

7-04-2026, 00:11           
Azərbaycanda dollar UCUZLAŞDI
Azərbaycan Mərkəzi Bankı tərəfindən ABŞ dollarının bugünə olan məzənnəsi 1 manat 70 qəpik olsa da, bir sıra “exchange”lər dolları daha ucuz satır.

TEREF xəbər verir ki, aparılan araşdırmalara əsasən bankların hər birində dolların satış qiyməti 1,70 manat və daha yuxarı olduğu halda aşağıda adlarını qeyd edəcəyimiz vlayuta dəyişmə məntəqələrində məzənnə daha az götürülüb.

“A Zuhur MMC”yə məxsus “exchange”də dolların satış qiyməti 1.6975 olaraq göstərilib.

“Delta Capital MMC”də isə dollar 1.6974 manata, “Eliko MMC” 1.6980, “Meta Kapital MMC” 1.6990 manata satılır.

Mütəxəssilərin rəyinə görə, bu kimi halların əsas səbəbi əhali arasında dollara marağın azalması və insanların daha çox dolları satması ilə əlaqədardır.

Xatırladaq ki, 2026-cı ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib./milli.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru