“Ağ saray” şadlıq evində saxta içkilər verilib

8-04-2026, 00:08           
“Ağ saray” şadlıq evində saxta içkilər verilib
Şadlıq evində mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhərinin Füzuli küçəsində Əli Hacıağa oğlu Ağayevə məxsus “Ağ saray” şadlıq evində yoxlama keçiriblər.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Şadlıq sarayında qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş “Organic Ultra” əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Məhsulların istifadəsı məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru