Qeyd olunan bu halda işçilərdən tutulan gəlir vergisi qanunsuzdur,

15-04-2026, 00:00           
Qeyd olunan bu halda işçilərdən tutulan gəlir vergisi qanunsuzdur,
Əzbərləyin
Qeyd olunan bu halda işçilərdən tutulan gəlir vergisi qanunsuzdur, işçilər əmək hüquqları və AR-sı Vergi Məcəlləsinin tələblərinin pozulmasıdır. Belə ki, bir çox müəssisələrdə ezamiyyə xərcləri əvəzinə işçilərə ödənilən gündəlik 20 manat pul da onların ümumi əmək haqqına əlavə edilir və bu məbləğdən gəlir vergisi tutulur.
Nazirlər Kabinetinin Qərarına əsasən: daimi iş vaxtı yolda keçən, gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən, çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20 manat əlavə vəsait verilir.
Vergi Məcəlləsinin 102.1.14.1-ci maddəsinə əsasən isə: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsait gəlir vergisindən azaddır.
Azər Quliyev.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru