Daşınmaz əmlak bazarında qəribə tendensiya: Birmərtəbəli həyət evlərinin damları niyə satışa çıxarılır? - VİDEO

Dünən, 17:18           
Daşınmaz əmlak bazarında qəribə tendensiya:
Daşınmaz əmlak bazarında yeni tendensiya müşahidə olunur: artıq fərdi həyət evlərinin damları da satışa çıxarılır.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Bazar qiymətlərindən ucuz evimin damını satıram" başlıqlı elanlar yayılıb. Belə ki, paytaxtın müxtəlif ərazilərində birmərtəbəli həyət evlərinin damını satışa çıxaran şəxslər var.


Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc bildirib ki, bu cür təkliflər adətən söküntü planlaşdırılan ərazilərlə bağlı olur.

Onun sözlərinə görə, aidiyyəti qurumların apardıqları təhlillər nəticəsində bəzi tikililərin sonradan daha yüksək kompensasiya əldə etmək məqsədilə inşa edildiyi müəyyən olunur. Vüqar Oruc vurğulayıb ki, ümumiyyətlə, fərdi yaşayış evlərinin damı ayrıca satıla və sənədləşdirilə bilməz.

O qeyd edib ki, sənədləri olmayan əmlak alqı-satqı predmeti ola bilməz. Eyni zamanda dam üçün ayrıca mülkiyyət sənədi də verilmir. Sənədsiz əmlakı yalnız şifahi razılaşma əsasında almaq həm təhlükəli, həm də qanunsuzdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru