“German” hospital bağlanır?

Bu gün, 09:24           
“German” hospital bağlanır?
Bakıda fəaliyyət göstərən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ailəsinə məxsus olduğu bildirilən “German Hospital”ın bəzi şöbələri bağlanıb.
Xəstəxanada çalışan həkimlər bu barədə xəstələrə məlumat veriblər.
Xəstəxanada çalışan tibb heyəti isə digər tibb müəssisələrində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
Tibb müəssisəsinin bütövlükdə fəaliyyətinin dayandırılıb-dayandırılmamasını dəqiqləşdirmək üçün əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, bundan əvvəl pravda.az “German hospital”ın martın 1-dən bağlanacağı barədə məlumatlar yaymışdı.
Xatırladaq ki, klinikanın Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevə məxsus olduğu bildirilir. O, uzun illər səhiyyə və tikinti biznesi ilə məşğul olub. Mehdiyevin kürəkəninin adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən “German Hospital”ın təsis sənədlərində də keçir.
Onu da əlavə edək ki, ötən həftə Mehdiyevlərə məxsus Bank BTB bağlanıb, müştəriləri Azərbaycan Beynəlxalq Bankına (ABB) ötürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru