“AZER TECH” MMC-nin vergi borcu 1.2 milyon manatı ötdü
Bu gün, 11:24
“AZER TECH” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu 1.2 milyon manatı ötüb
32gun.az xəbər verir ki, şirkətin borcu artaraq 1278982.59 AZN-ə çatıb.
Şirkət Naxçıvan Şəhər Vergilər İdarəsi nəzdində qeydiyyatdadır və ünvanı Naxçıvan Şəhəri, Sabir, ev 67-dir.
Qeyd olunur ki, şirkətin nizamnamə kapitalı 50.020 manatdır və qanuni təmsilçisi Ahmet Yıldızdır. Şirkət əvvəlcə 2019-cu il 8 may tarixində “ARAS ELEKTRİK” MMC adı ilə yaradılıb, 2021-ci ilin 15 sentyabrında adı “ŞAH ELEKTRİK” MMC olaraq dəyişdirilib və 3 aprel 2023-cü ildən “AZER TECH” MMC adı ilə fəaliyyət göstərir.
Qanuni təmsilçilərdən Adanur Ahmet və Yıldız Ahmet 30 oktyabr 2024-cü ildən şirkətin rəhbərliyindədir.